İdman

“Roma hansı səviyyədə olduğunu göstərdi” – Qurban Qurbanov

Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə “Roma”ya uduzan (1:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında fikirlərini bildirdi.

O, məğlub olmalarına baxmayaraq komandanın oyunundan razı qaldığını söylədi:

“Ağır oldu. Əsas da oyunun əvvəli. İlk dəqiqələrdən rəqib hansı səviyyədə olduğunu göstərdi. Ancaq iki qoldan sonra komandamız daha diqqətli olmağa başladı. Komandadan razı qaldım. Rəqibi təbrik edirəm. Evdə ilk oyunumuzda yaxşı çıxış etmək, azarkeşlərimizi razı salmaq, onların zövq almasına çalışırdıq. Bütün azarkeşlərimizə təşəkkür edirəm”.

Bənzər yazılar

Back to top button