Hadisə

FETÖ Göyçayda zavod işlədir

Biz, Göyçay rayonunun Cəyirli kəndi ərazisində yerləşən “Kerpics­an” Göyçay Kərpic Zavodunda işləyirdik”

“Burada 100 nəfərdən çox adam işləsə də, vergidən yayınmaq üçün 10-15 nəfərlə əmək müqaviləsi bağlayıblar. Bunun nəticəsində də bizim əmək hüquqlarımız kobud şəkildə pozulub. Biz bu qanunsuzluğa son qoyulmasını tələb etdikdə qanunsuz olaraq işdən çıxarıldıq”.
Bu sözləri 24saat.org-a zavodun işçiləri şikayət məktubunda yazıb. Onların sözlərinə görə, Türkiyədən qaçaq düşən çoxlu sayda Fətullah Gülənin adamları hazırda bu kərpic zavodunda işləyib burada gizlənirlər.
“Biz Azərbaycan vətəndaşı olsaq da, qanunu haqqımızı tələb etdiyimiz üçün işdən qanunsuz olaraq kənarlaşdırıldıq. Uzun illər işlədiyimiz əmək stajımızı batırdılar. Bu kərpic zavodu Türkiyə vətəndaşı, türk iş adamı olan Nuri Alim və oğlu Fateh Alimə məxsusdur.
Həmin şəxslər hazırda Türkiyədə həbsdə olsalar da, kiçik oğlu Xəlil burada Azərbaycanda gizlənərək bu zavodu işlədir. Bu zavodda istehsal olunan kərpiclərdən Bakı şəhərində göydələnlərin tikin­tisində istifadə edilir”,_deyə məktubda qeyd olunub.
Onlar bildiriblər ki, bu zavodda küllü miqdarda vergidən yayınma, əmək müqaviləsi bağlanılmadan işlədilmə, işçiləri istirahət və bayram günləri də gündəlik 8 saatdan çox işlətmə, havanı çirkləndirməklə ekologiyaya ziyan vurma, Türkiyədən qaçaq düşmüş şəxsləri işlədilmə və sairə kimi qanunsuzluqlar baş alıb gedir:
“Biz xahiş edirik bu zavodun fəaliyyəti yoxlanılsın, bizim iş stajımız bərpa edilsin və törətdikləri özbaşınalıqlara görə onların barəsində tədbir görülsün”.
Dadaşov Gülağa Baba oğlu,
Qasımov Vəli Cəmil oğlu,
Sadıqov Zaman Qalib oğlu,
Məmmədova Dursun Qulam qızı,
Əliyev Tənzilə Mövsüm qızı,
Cavadova Məhəbbət Nazim qızı,
Novruzov Rəfail Nüsrət oğlu,
Babayeva Solmaz Ziya qızı

Bənzər yazılar

Back to top button