Bizim seçimDünya

Ermənistanda tibbi maska tapılmır

Çindən idxal edilən sonuncu 50 maskanı Çin turistləri alıb

Bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda işğalçı Ermənistanda əvvəlcə bu xəstəliyə yoluxanların olmadığı elan edildi. Ona görə ki, Nikol Paşinyan aprelin 5-də keçiriləcək referenduma hazırlaşırdı. Daha sonra bu xəstəliyə yoluxanların Ermənistanda da olduğunu etiraf edən baş nazir guya onunla mübarizə aparacaqlarını elan etsə də, ÜST-nin apardığı monitorinq göstərib ki, nəinki əlaqədar qurumlar, bu ölkədə mövcud olan heç bir xəsətəxana virusla mübarizə aparacaq səviyyədə deyil.

AzToday.az “panorama.am” saytına istinadən xəbər verir ki, indi də Ermənistanda maskalar yoxa çıxıb. Saytın müxbirinin apardığı geniş araşdırıma nəticəsində məlum olub ki, hətta Ermənistanın paytaxtındakı apteklərin heç birində tibbi maskalar yoxdur.

İrəvanın Şengavit inzibati rayonunda fəaliyyət göstərən bir aptekdə işçi uzun müddət maskaların olmadığını, Çindən idxal edilən 50 maskanın olduğu son qutunun Çin turistləri tərəfindən alındığını söyləyib. Bu isə lap bizim “Bəyin oğurlanması” filmindəki məşhur epizodu xatırladır: “Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardılar”.
Orada qeyd olunub ki, tibbi maskaların sayının azalması ilə paralel olaraq maskaların qiyməti də artıb. “Bir aydan çoxdur ki, maskalar yoxdur. Biz onu Çindən alırıq, indi satmırlar” – deyə Maştos prospektindəki apteklərdən birində cavab veriblər.

Saytın yazdığına görə, “Natalie farm” apteklər şəbəkəsində 124 aptek fəaliyyət göstərir. Şəbəkədən “Panorama.am” müxbirinə bildirilib ki, yalnız Artaşat şəhərinin aptekində 4 maska, Abovyan şəhərindəki aptekdə isə 2 maska qalıb. Digər apteklərdə yoxdur.

Qedy edək ki, həmin firma üçqatlı Çin maskaları idxal edir, hər qutuda 50 maska var, 1300 drama satılır.
“Alfa” apteklər şəbəkəsindən bildirilib ki, anbarda maska içində maskalar yoxdur. 911 xidməti də maskaların olmadığını və nə vaxt alınacağını söyləyə bilmədiklərini deyiblər.

Çindən maskalarının idxalı ilə məşğul olan “Medpro” şirkətinin direktoru Artavazd Ohanyan “Panorama.am”ın müxbirinə verdiyi məlumata görə, tibbi maskaların son dəstəsi ötən ilin sentyabr-oktyabr aylarında gətirilib. Ermənistan bazarında tibbi maskalara tələbatı nəzərə alaraq şirkət ötən il onlara sifariş verməyib. İdxalçıya görə, bu şirkət ildə orta hesabla 500-700 min maska idxal edir: “İdxalçılar çoxdur, amma maskalara olan tələbatı bilirik. Heç kim belə bir fors-major vəziyyətini gözləmirdi”.
Onun sözlərinə görə, maskalar əsasən Çindən gətirilir: “Yeni il Çində yanvarın 15-dən fevralın 3-nə qədər qeyd olunduğundan və bu ölkədə qeyri-iş günləri olduğundan maskaların istehsalı dayandırıldı. Sonradan, koronavirusun yayılması və ölənlərin sayının artması ilə əlaqədar olaraq, qeyri-iş günləri əvvəlcə 9 fevral, sonra 15 fevral, sonra isə 23 fevrala qədər uzadıldı. Maska istehsal edən şirkətlər yalnız daxili bazar üçün çalışır, ixrac mümkün deyil”.

Digər ölkələrdən sürətli tədarükləri təşkil etməyin mümkün olmadığını soruşanda sahibkar cavab verib ki, tədarükün tez təşkili üçün qonşu ölkələrdən maskalar gətirilməlidir: İran, Türkiyə, eləcə də Rusiyadan. Qonşu Gürcüstanda tibbi maskalar istehsal edilmir: “Ancaq indi nəinki bütün regionun, eyni zamanda dünyanın istehsal şirkətləri Çinə maskalar göndərirlər, çünki uzun müddət maskalar istehsal etməyiblər və tələbat çoxdur. Çində, maskalar paketinin qiyməti təxminən 50 dollardır. İstehsalçılar 3-4 ay əvvəl sifariş verirlər, yeni sifarişləri qəbul edə bilmirlər”.

Belə çıxır ki, Ermənistanda maskaların çatışmazlığı qonşu ölkələrdə İranın koronavirusdan ölüm hallarının qeydə alınması halında davam edir. Bu vəziyyətdə Ermənistanın Səhiyyə naziri Arsen Torosyanın açıqlaması, nazirliyin və şöbənin nəzdində fəaliyyət göstərən orqanların yoluxucu xəstəliklərə nisbi reaksiya üçün kifayət qədər peşəkar və texniki potensiala sahib olması diqqət çəkir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button