İdman

“Çelsi” onun klubuna 50 milyonluq təklif göndərdi

“Çelsi” heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Fanat.az “Evening Standart”ın jurnalisti Nizar Kinsellanın məlumatına istinadən xəbər verir ki, “zadəganlar” “Everton”un futbolçusu Entoni Qordona elçi düşüb.

Xəbərə görə, “Çelsi” Liverpul təmsilçisinə Qordon üçün 50 milyon avroluq rəsmi təklif göndərib. Mənbə “Everton”un baş məşqçisi Frenk Lempardın sözügedən futbolçu ilə vidalaşmaq istəmədiyini, lakin rəhbərliyin Entonini sata biləcəyini vurğulayıb.

Qeyd edək ki,ötən mövsüm “Everton” forması ilə ümumilikdə 35 matça çıxan Qordon 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button