Sağlamlıq

COVID-i aşkar etmək üçün inqilabi texnologiya – Bunu onlar edəcək

Qabaqcıl Tədqiqat Vəqfi (FPI) siçovullardan istifadə edərək insanlarda koronavirus aşkar etmək üçün yeni texnologiya yaradıb.

Qaynarinfo xəbər verir ki, müvafiq sənədlər “Roszdravnadzor”a təqdim edilmək üçün artıq hazırdır. Bu barədə baş direktorun müavini, FPI-nin Kimyəvi, Bioloji və Tibbi Tədqiqatlar şöbəsinin müdiri Aleksandr Panfilov məlumat verib.

Onun sözlərinə görə, texnologiya 2020-ci ilin sonuna qədər Velikiy Novqorodda sınaqdan keçiriləcək. İnfeksiya aşkarlama texnologiyasının prinsipi belədir: qoxu analizatorunun beyninə siçovulda mikroelektrodların matrisi yerləşdirilir. Sonra anestezi edilən siçovul müayinə olunan şəxsin verdiyi nəfəsi alır.

Mütəxəssis “Heyvanın beynindən gələn siqnallar süni bir sinir şəbəkəsi tərəfindən işlənir” və nəticəni kompüter göstərir. Texnologiyanı işləyib hazırlayanlar müvəffəqiyyətə arxayın olduqlarını qeyd edib.

Panfilov keçən il bənzər bir texnologiyanın mədə və ağ ciyər xərçəngi, şəkərli diabet və vərəmin aşkarlanması üçün sınaqdan keçirildiyini deyib. Ümumilikdə 1070 nəfər müayinə olunub. O, xərçəngin erkən (birinci və ikinci) mərhələlərini aşkar etməyin səmərəliliyinin son diaqnostik metodlarla müqayisədə beş dəfə çox olduğunu vurğulayıb.

Bənzər yazılar

Back to top button