Cəmiyyət

Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsil – təhsil müəssisələrində tədrisin informasiya və kommunikasiya texnologiyalarına əsaslanaraq planlandığı və həyata keçirildiyi, fənlərin tədrisinin birbaşa müəllim tərəfindən eyni məkanda olma məcburiyyəti olmadan, sinxron qaydada həyata keçirildiyi təhsilalma formasıdır.

Hal-hazırda distant təhsilin tətbiqi üçün müvafiq qanunvericilik bazası hazırlanır.

Distant təhsil müəllim və təhsilalanların (şagird, tələbə və s) internet və İKT vasitələri ilə əməkdaşlığı nəticəsində tədris prosesinin komponentlərinin (təhsilin məzmun, forma və məqsədlərini həyata keçirtmək, eləcə də qarşıya qoyulmuş hədəflərə çatmaq) həyata keçirildiyi təhsilalma formasıdır .

Distant təhsilalma formasının ilk elementləri hələ Avropada XVIII əsrdə, Rusiyada isə XIX əsrdə poçt vasitəsi ilə müəllimlərin təhsilalanlarla məktublar vasitəsi ilə tədrisi həyata keçirməsindən meydana gəlmişdi.

XX əsrin əvvələrində dünyada telefon və teleqraf xidmətinin geniş yayılmasına baxmayaraq məsəfadən təhsil əvvəlki kimi poçt vasitəsi ilə davam etdirilirdi.

Televiziya və radionun əhatə dairəsi genişləndikcə ,xüsusi ilə XX əsrin ortalarından, distant təhsildə ciddi dəyişiliklər baş verməyə başladı. Lakin təhsilalanla əks əlaqə yaratmaq mümkün olmadığına görə (bizim teledərslər kimi) ciddi çatışmamazlıq ortaya çıxdı.

1969-cu ildə İlgiltərədə ilk dəfə distant təhsil verən ali təhsil müəssəsi – Böyük Britaniya Açıq Universiteti təsis olundu. Bu addım distant təhsilalmanın yeni, Elmi Texniki Tərəqqi dövründə təhsildə böyük bir inqilab da adlandırmaq olar. Universitetin Açıq adlandırılmasında məqsəd onun əlçatan olması və təhsil almaq üçün tələbələrin auditoriyalara gəlmək zəruriyyəti ilə şərtləndirilməməsi idi.

Hal –hazırda dünyada bir çox universitet və kolleclər əsasən ditant təhsilalma vormasında təhsil verirlər. (Cənubi Afrika Universiteti (1946-cı il), Hegen Fern Universiteti (Almaniya, 1974), Milli Texnalogiya Universiteti (ABŞ, 1984 yalnız mühəndislik istisası üzrə) , Hegen Açıq Universiteti (Almaniya, Keyptaun INTEC kollegi İspaniya Distant təhsil verən Milli Universiteti, Böyük Britaniya Açıq Universitetinin Açıq Biznez məktəbi və s.)

XX əsrin 80-ci illərində personal kompyüterlərin kütləvi istehsalı və təhsil prosesinə tətbiqi distant təhsilalma formasının özünün tamami ilə açdı və 1988-ci ildə ilk dəfə Sovet-ABŞ layihəsi olan “Məktəblərə elektron poçt“ tətbiq olundu.

Bizimdə daxil olduğumuz postsovet məkəninda SSRİ-nin süqutu ilə yaranan respublikalarda 90-cı illərdə bütün sahələrdə olduğu kimi təhsil sahəsində 10 ildən çox davam edən dərin böhran distant təhsilalma forması ilə bağlı məsələləri arxa plana keçirtdi. Baxmayaraq ki, Rusiya Federasiyasında bu distant təhsilalma forması ilə bağlı ilk dəfə hüquqi-normativ sənəd 1997-ci ilə qəbul olunub, ölkəmiz keçən müddət ərzində birmənalı şəkildə bundan imtina edib.

COVİD-19 pandemiyası dövründə tətbiq edilən teledərslər və “Virtual məktəb“ layihəsi müəllimlər üçün yeni olduğu üçün istər təhsilalanlər, istərsə də təhsil verənlər üçün çox ciddi çətinliklər yaradır. Nəzərə alsaq ki, bütün sahələrdə, o cümlədən pedaqoji sahədə ali və orta ixtisas təhsili müəssələrinə kadr hazırlığı prosesində İKT biliklərin minimum səviyyədə belə öyrədilməməsi (məktəblərdə informatika müəllimlərinin böyük əksəriyyətinin İKT bilikləri minumum səviyyədən də aşağıdır), yaranmış vəziyyətdə müəllimlərimizin böyük çətinliklə üzləşməsinə gətirib çıxardıb.

Eyni zamanda nəzərə alsaq ki, ehtiyac yaranan zaman müəllimlərin distant dərs keçməsi onlarla bağlanmış əmək müqaviləsində, həmçinin kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmaması, qanunvericiliyə əsas gətirərək müəllimlərin bir qisminin Təhsil Nazirliyinin sözdə könüllü adlandırılan ,işdə isə məcburi sayılan tələblərini yerinə yetirməməsi ilə nəticələnir.

Əgər Təhsil Nazirliyi bundan distant təhsilalma formasını ciddiyə alarsa , ən yaxşı halda 3-5 il ərzində ölkəmizdə bu təhsilalma formasının tətbiqində müəyyən nailiyyətlər əldə etmək olar.

P.S. Dövlət mülkiyyətində olan ümumi təhsil məktəblərində çalışan təhsilverənlərin bu ilin sonundan başlanması, gözlənilən sertifikasiyası eləcə də, yayda keçiriləcək Müəllimlərin İşə Qəbulu müsabiqəsində müəllimlərin İKT bacarıqlarının yoxlanması əsas şərt kimi qoyulması distant təhsilalma formasının tətbiqində müsbət təkan vermiş olacaq.

Elşən Qafarov, təhsil eksperti

Bənzər yazılar

Back to top button