Mədəniyyət

Tenor Yusif Eyvazov Bakıda Opera Teatrına rəhbərlik edəcək

Azərbaycanlı opera müğənnisi Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru təyin edilib.

Dramatik tenor kimi tanınan Eyvazov Metropoliten-opera, La Skala,Vyana Dövlət Operası, Böyük Teatr, Paris Milli Operası və digər məşhur opera məkanlarında çıxış edir.

O, İtaliyada keçirilən beynəlxalq müsabiqənin qran-pri və Janandrea Gavazzeni adına fəxri medalın sahibidir.

Onun xanımı dünya opera ulduzu Anna Netrebkodur.

İtaliyada keçiriləcək “Arena di Verona” yay festivalına hazırlaşan Eyvazov hələ təyinatı şərh etməyib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 1911-ci ilin əvvəlindən fəaliyyət göstərir. O zaman Mayılov qardaşlarının Böyük Opera Teatrı adlanırdı.

Hazırda teatrda rekonstruksiya işləri aparılır. İndiyədək teatra Azərbaycanın əməkdar incəsənət xadimi Akif Məlikov rəhbərlik edib.

Bənzər yazılar

Back to top button