Dünya

Pentaqon UNO görüntülərini rəsmən yayımladı (VİDEO)

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ötən illərdə donanmanın çəkdiyi UNO görüntülərini rəsmən yayımlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, sözügedən görüntülərin həssas məlumat daşımadığı və sistemə zərər verməyəcəyi bildirilib.

Pentaqon ümumilikdə 3 video yayımlayıb. Görüntülər 2004 və 2015-ci illərdə çəkilib.

Qeyd edək ki, 2004-cü ilə aid video video 2017-də gizlicə internetə sızdırılmış və Nyu York Times nəşri tərəfindən yayımlanmışdı.

Pentaqon videolardakı cisimlərin mahiyyəti iə bağlı heç bir məlumatın olmadığını və bunların naməlum statusta qalmağa davam etdikləri qeyd olunub.

Bənzər yazılar

Back to top button