İdman

2018-ci ilin “transfer bombası” olacaq futbolçular – SİYAHI

2017-ci il başa çatmasa da, artıq 2018-ci ildə baş tuta biləcək transferlərlə bağlı iddialar səslənməyə başlayıb. Fanat.Az gələn ilk reallaşması gözlənilən ən böyük 10 transferi təqdim edir:

1. Performansı ilə bütün diqqətləri üzərinə çəkən Paulo Dibala uzun müddətdi “Real”ın maraq dairəsindədi. Onun gələn il “Yuventus”dan ayrılaraq “Kral Klubu”na üz tuta bilər. “Transfermarkt” ona 65 milyon avro qiymət qoyub, amma “Yuventus” argentinalını 100 milyondan aşağı qiymətə satmayacaq.

2. “Atletiko”nun transfer cəzası olduğu üçün yayda Antoine Qrizmannı “Mançester Yunayted”ə buraxmadı. Artıq qadağa başa çatır və “Atletiko” “Çelsi”dən Dieqo Kostanın transferini həll edib. Bu səbəbdən də fransalı ulduz gələn il “Mançester Yunayted”də peyda ola bilər.

3. “Barselona”nın yayda israrla istədiyi, amma “Liverpul”un 200 milyon avroluq tələbi səbəbindən keçidi baş tutmayan Felipe Koutinyonun transferinin gələn il baş tutmaq ehtimalı yüksəkdi. O, özü də “Barselona”ya keçərək Lionel Messi ilə bir komandada oynamaq istəyir.

4. Neymarın gəlişindən sonra PSJ-də özünü narahat hiss edən Edinson Kavani Parisdən ayrıla bilər. Onu sabiq klubu “Napoli” ilə yanaşı, “Everton” da heytində görmək istəyir. Amma Kavaninin yaya qədər daha böyük klublarının hədəfinə çevirilməsi istisna deyil.

5. “Barselona”nın baş məşqçisi Ernesto Valverde artıq uzun müddətdi Arda Turana oynamaq şansı vermir. Türk futbolçunun Osman Dembelinin zədələnməsindən sonra heyətdə yer alacağı gözlənilsə də, baş məşqçi yenə ona şans vermədi. Artıq Ardanın tezliklə “Barselona”nı tərk edəcəyi dəqiqdi. Türk futbolçunu heyətinə qatmaq istəyən əsas komanda “Qalatasaray”dı. O, şəmçinin “Arsenal” və “İnter”in də maraq dairəsindədi.

6. “Arsenal”la müqaviləsini yeniləməyn və Arsen Venger tərəfindən heyətə salınmayan Məsut Özil gələn il “Mançester Yunayted”də peyda ola bilər. Onunla “Fənərbaxça”nın da maraqlandığı deyilir.

7. Neymar və Kilian Mbappenin gəlişindən sonra FIFA-nın “Maliyy Fair-Pleyi” qaydalarında “ilişmək” ehtimalı olan PSJ bəzi ulduzları ilə vidalaşması gündəmdədi. Bunlardan biri Julian Drakslerdi. Onunla “Real”ın yaxından maraqlandığı bildirilir.

8. “Çelsi” ötən yay heyətinə qata bilmədiyi Aleks Sandro israrını davam etdirir. London klubu “Yuventus”u razı salmaq üçün təklif etdiyi məbləği də artırıb.

9. “Tottenhem”in ulduzu Dele Alli “Mançester Yunayted” və ya “Real”da peyda ola bilər.

10. Aleks Sançesin də uzun müddətdi ki, “Arsenal”dan ayrılacağı deyilir. Çilili ulduzun “Mançester Yunayted”ə keçmək ehtimalı var.

Bənzər yazılar

Back to top button