CəmiyyətMədəniyyət

ATV-nin işdən çıxarılan prezidenti danışdı – “Nə istəyirsiniz məndən?”

Xəbər verdiyimiz kimi, ATV telekanalının prezidenti Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırılıb. Onunla bərabər kanalın bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib.

Sözügedən hadisə ölkənin əsas gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Telekanalın keçmiş prezidenti olan Vüqar Qaradağlının əleyhinə müzakirələr açılıb.

Yayılan xəbərlə bağlı ATV telekanalının keçmiş prezidenti Vüqar Qaradağlı açıqlama verib. O, sayta açıqlamasında bir qədər sərt danışıb.

“Nə istəyirsiniz, əl çəkin məndən. Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır, özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar” — Qaradağlı bildirib.

“Vəzifədən Turan İbrahimova və onun verilişinə görə uzaqlaşdırılmısınız” sualına Vüqar Qaradağlı belə cavab verib: “Mən ömürlük vəzifəmdə qalan deyildim ki! Mən ATV kanalına gedəndə orada nə ştat var idi, nə department. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım. Kanalın texniki bazasını düzəltdim, ən müasir texnikalar alınıb”.

“İşləmişəm, indi də təsisçilərin qərarı ilə işdən çıxmışam. Burda başqa heç nə axtarmaq lazım deyil. Mən ömür boyu harda işləmişəm, dövlətimə ləyaqətlə xidmət etmişəm”.
Bizimyol.info

Bənzər yazılar

Back to top button