İqtisadiyyat

MİDA: Hövsanda güzəştli mənzillərin satışına başlanılır

Yaxın vaxtlarda Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyindən AzToday.az-a verilən məlumata görə, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra hovsan.mida.gov.az səhifəsində “Mənzillər” bölməsi aktivləşdiriləcək.

İstifadəçilər bu bölmədə hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər.

Bənzər yazılar

Back to top button