Dünya

PKK terrorçuları Türkiyə ilə sərhəddə 40 nəfərin həyatına son qoydu (VİDEO)

Afrində baş verən hücumda ölənlərin 11 nəfəri uşaqdır

Suriyanın Türkiyə ilə həmsərhəd Afrin bölgəsində PKK / YPG tərəfindən mülki şəxslərə edilən hücumda 11-i uşaq, 40 nəfər ölüb və 47 nəfərin yaralanıb.

AzToday.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqladığı ilkin məlumatda Afrin bölgəsində terror təşkilatı PKK / YPG-nin partlayıcı maddə yüklənmiş yanacaq sisterni ilə hücumu nəticəsində ən az 35 mülki şəxsin öldüyü və 30-dan çox mülki şəxsin yaralandığı bildirilmişdi.

Hadisə yerindən görüntüləri paylaşan Milli Müdafiə Nazirliyinin son açıqlamasında ölən və yaralananların sayının artdığı vurğulanıb: “Afrin bölgəsində günahsız mülki şəxslərin qanlı terror təşkilatı PKK / YPG tərəfindən həyata keçirdiyi terror hücumunda həyatını itirənlər 40 nəfərə çatıb, yaralıların sayı 47-yə yüksəlib”.

Bənzər yazılar

Back to top button