Siyasət

Leyla Abdullayeva: Azərbaycan və Ermənistan gələn həftə sülh sazişi imzalaya bilər

Azərbaycan və Ermənistan gələn həftə Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya bilər.

“Reuters” xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə jurnalistlərə açıqlamasında deyib.

“Biz ümid edirik ki, 1 iyunda Kişinyovda nəhayət sülh sazişi imzalana bilər. Bu itirilməməli olan tarixi an və impulsdur”, – səfir qeyd edib.

47 dövlət və hökumət başçısının iştirakı ilə iyunun 1-də keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə yüksək səviyyəli görüşlər keçirilməsi planlaşdırılır.

Bənzər yazılar

Back to top button