Siyasət

Xədicə İsmayıldan Milli Şuranın mitinqinə etiraz: “Dini şüarlar səsləndiriləcəksə…”

Son günlər aparılan mitinq müzakirələrinə jurnalist Xədicə İsmayıl da mövqe bildirib.

Cebhe.info xəbər verir ki, X.İsmayıl mitinqdə iştirakıyla bağlı mövqeyini açıqlayıb.

“Deyirlər, mitinq olacaq. Olsun. Olması üçün səbəb çoxdur. Yenə də meydana dini şüarlarla gələcəklərsə, mən orda olmasam, yaxşıdır. Keçən dəfəki müşahidələrimə əsasən, Milli Şuranın dünyəvi şüarları, nidaçıların plakatları içəri buraxılmırdı, dini şüar və plakatlar isə içəri keçmişdi. Ən pisi isə o idi ki, Təşkilat Komitəsinin bir üzvü də polisin bu ayrı-seçkiliyinə kömək edirdi. Necə? Dini şüarlar üstündə mübahisə çıxanda qarışıb, buraxdırırdı, o birilərdə yox. Təşkilat Komitəsinin tərkibində yenə həmin adamın olması mənim də qərarımı şərtləndirəcək. İnanclı məhbuslar müdafiə olunmalıdır, amma mən onların digər məsələlərdə gündəminə şərik olmaq istəmirəm”,- deyə jurnalist bildirib.

Bənzər yazılar

Back to top button