DünyaSiyasətXəbərlər

Ərdoğan Putini Ankarada qarşıladı — VİDEO

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri başlayıb.
AzToday.az “Ölkə.Az”a istinadən xəbər verir ki, V.Putin Prezident Sarayında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş Beştəpədəki prezident iqamətgahında keçirilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentlər İraq kürdlərinin müstəqilliyilə bağlı keçirilən referendumu və Suriyadakı vəziyyəti müzakirə edəcəklər.
Bundan başqa, prezidentlər Rusiyanın “S-400” zenit-raket kompleksini Türkiyəyə tədarük etməsi, “Türk axını” layihəsi, Akkuyu Nüvə Mərkəzinin tikintisi layihəsi ilə bağlı məsələlər barədə də danışıqlar aparacaqlar. Danışıqlarda həmçinin iki dövlətin siyasi-iqtisadi münasibətləri barədə müzakirələr aparılacaq.

Bənzər yazılar

Back to top button