Cəmiyyət

Lənkəranskinin öldürüldüyü avtomobil Bakıya gətirildi – FOTOLAR

Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.

Unikal.org xəbər verir ki, Canıyevin Beşiktaşda qətlə yetirildiyi “Range Rover” markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.

Əldə etdiyimiz məlumata görə, avtomobil “qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır.

Xatırladaq ki, Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev(“Rövşən Lənkəranski”) 2016-ci il avqustun 18-də Türkiyədə öldürülüb. “Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.

Bənzər yazılar

Back to top button