CəmiyyətXəbərlər

Azərbaycanda 6 barmağı olan uşaq əməliyyat olundu – FOTO

Gələcəkdə hərəkət pozğunluğuna səbəb ola bilərdi

Azərbaycanda əl və ayağında 6-cı barmağı olan uşaq əməliyyat olunub.

Aztoday.az medicina.az-a istinadən xəbər verir ki, polidaktiliya – çox barmaqlılıq diaqnozu ilə 1 yaşlı uşağın həm ayaq, həm əl barmaqlarında artıq olan 6-cı barmaq ləğv olunub.

Uşaq cərrahı Toğrul Ömərov əməkdaşımızla söhbətində bu halın uşaqda estetik qüsur yaratmaqla yanaşı, həmin barmaqların əsas sümüyü olmadığından heç bir funksiya yerinə yetirməyəcəyini və gələcəkdə hərəkət pozğunluğuna səbəb olacağını bildirib.

Bənzər yazılar

Back to top button