İdman

PSJ “Real”ı FİFA-ya şikayət edə bilər

PSJ “Real”ın hücumçu Kilian Mbappe ilə bağlı hərəkətlərindən son dərəcə narazıdır.

Qol.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Paris təmsilçisi Madrid klubuna qarşı FİFA-ya rəsmi şikayət göndərmək imkanını nəzərdən keçirir. Fransa klubu əmindir ki, onların oyunçusu artıq 2024-cü ilin yayında azad agent kimi transfer üçün “Real”la razılaşıb.

PSJ bu sorğuda müqavilənin bitməsinə altı aydan çox vaxt qalmış icazəsiz danışıqları qadağan edən qaydanı rəhbər tutacaq.

Xatırladaq ki, Paris klubu fransalı futbolçunun “Real”a keçmək istəyinə görə Kilianı yeni mövsümə hazırlıq məqsədilə Yaponiyaya təlim-məşq toplanışına aparmayıb.

Bənzər yazılar

Back to top button