İdman

Biri Messini öpdü, digəri “selfi” çəkdirdi

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda baş tutan “Olimpiakos” – “Barselona” matçına iki azarkeş damğa vurdu.

Fanat.Az xəbər verir ki, hələ oyunun əvvəlində Messi kornerdən topu oyuna daxil etmək istəyərkən bir azarkeş heç bir maneə ilə qarşılaşmadan onu yanına gəlib. O superulduzu öpüb, daha sonra qucaqlayaraq oyunda yer alan asayiş keşikçilərinin müşaiyəti ilə tribunaya qayıdıb.

Digər olay isə matçın fasiləsində yaşanıb. Meydana daxil olan azarkeş Messinin yanına gəlib və onunla “selfi” çəkdirmək istəyib. Digər futbolçuların və hakimin təəccüblü baxışları fonunda arzusunu reallaşdıran tərəfdar bu dəfə tribunalara dönməmişdən əvvəl xüsusi təyinatlılar tərəfindən yaxalanıb.

Bənzər yazılar

Back to top button