Hadisə

Bakı-Qazax yolunu su basdı – Video

Bakı şəhərini içməli si ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Bu barədə “Azərsu” ASC-nin rəsmisi Anar Cəbrayıllı bildirib.

O qeyd edib ki, hazırda “Azərsu” ASC-nin rəhbərliyi həmin ərazidədir:

“Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür. akı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, “Azərsu” ASC birlikdə tədbirlər görür”.
Hadisə yerindən görüntüləri təqdim edirik:

Bənzər yazılar

Back to top button