İqtisadiyyat

“Brent” neftinin qiyməti 31 ABŞ dolları keçib

Brent markalı neftin qiyməti 14 apreldən sonra ilk dəfə 31 ABŞ dolları ötüb.

“Report” xəbər verir ki, bunu Bakı vaxtı ilə saat 22:39-a olan sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Londondakı ICE birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 14,26% artaraq bir barelə görə 31,08 ABŞ dollarına bərabər olub.

Bənzər yazılar

Back to top button