Dünya

İran-Ermənistan münasibətlərində maraqlı və müəammalı məqamlar

İran-Ermənistan münasibətlərində bir sıra maraqlı və müəammalı məqamlar var.

Bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili paylaşımında aşağıdakıları qeyd edib:

1. İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir;
2. İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndəliyi olan yeganə ölkədir;
3. İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir. Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır;
4. İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkələrdəndir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarə dövriyyəsi 43.0 % artıb;
5. İran Ermənistanın xarici ticarət dövriyəsində artıq ilk üçlüyə daxil olub;
6. Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq.

Bənzər yazılar

Back to top button