Sağlamlıq

Ağciyərləri təmizləyən qidalar açıqlandı (SİYAHI)

Ağciyərlərin təmizlənməsi orda kök salan infeksiya qalığı iltihabi prosesi, bəlğəmi tam aradan qaldırmaq, alveolları açmaq, bronxları və tənəffüs yollarının keçiriciliyini artırmaq, ağciyərlərin tutumunu artırmaq nəzərdə tutulur.

AzToday.az medicina.az-a istinadən bildirir ki, şəhər insanları, ofis işində çalışanlar, siqaret çəkənlər, çirkli hava ilə nəfəs alanlar və müxtəlif sexlərdə çalışanların müntəzəm olaraq ağciyərlərini təmizləməlidir. Alimlər bunun üçün lazımli qidaların siyahısını təqdim edib.

– Sarımsaq – infeksiya qalıqlarını təmizləyir, sərbəst radikalları zərərsizləşdirir

– Soğan – toksinləri atır

– Omeqa 3 ilə zəngin yağlar və dəniz məhsulları, yağlı balıqlar

– Bütün növ kələm, qırmızı, ağ, brokkoli, gül, çin kələmi təbii antioksidantdır və bronxları təmizləyir

– Nar – şirəsi və özü hətta bədxassəli şiş hüceyrələrini belə zərərsizləşdirir

– Lobya, mərci, paxlalılar

– Tünd rəngdə giləmeyvələr – böyürtkən, qarağat və s ağciyərləri açır

– Bolqar bibəri qırmızı – ağciyərləri vitaminlə, antioksidantla təmin edir

– Təmiz, qazsız mədən suları, mineral sular

Hər gün bu qidalardan və sulardan menyunuzda olmalıdır. Yaxşı olar ki, bir ay ağciyərlərin təmizlənməsi ayı elan edib, bunları yeyəsiz.

Bənzər yazılar

Back to top button