İdman

Mourinyo “Roma”dan gedir

“Roma”nın baş məşqçisi Joze Mourinyo mövsümün sonunda komandanı tərk edəcək.

Qol.az xəbər verir ki, bu barədə “Sky Sports İtalia” məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin paytaxt klubu ilə yeni müqavilə ilə bağlı danışıq aparmadığı bildirilib. Onun “Canavarlar”la müqaviləsi mövsümün sonunda başa çatır.

Qeyd edək ki, 2021-ci ildən Mourinyonun çalışdırdığı “Roma” A seriyasında 8 oyundan sonra 11 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Əlavə edək ki, “Roma” Mourinyonun rəhbərliyi altında 2021-2022 mövsümündə UEFA Konfrans Liqasının qalibi olub.

Bənzər yazılar

Back to top button