Cəmiyyət

Ekspert: “Bakı-Sumqayıt yolunda görülən işlər problemləri aradan qaldırmayacaq”

“Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı aparılan işlərə baxanda çox təəssüfləndim”.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

Görülən işlərlə yaxından tanış olan ekspert sözügedən magistral xəttə problemlərin qaldığını deyib:

“Bakı-Sumqayıt yolunda işlərə başlanılanda dedim problemlər arxada qalacaq. Amma görülən işlərlə tanış olanda anladım ki, problemlər yerində qalacaq. Birincisi, yolu iki zolağı böldülər. Buna ehtiyac yox idi. Ağaclar kəsilirdi, əlavə beton bəndlərin hesabına yol artırılırdı. Betonun özü hardasa bir metr məsafadən çox yer tutur. Bir tərəfdən yol genişləndirilir, o biri tərəfdən yol kəsilir. Sonrakı proseslər də göz qabağındadır. Yolda nəsə bir ciddi fərqin olunacağına inanmıram. Sumqayıt istiqamətində, Masazır tunelinə bir istiqamətdə giriş-çıxış olacaq. Binəqədi-Xırdalan yolu genişlənməsə, yenə tıxac öz aktuallığını saxlayacaq”.

Aslan Əsədovun sözlərinə görə, günün müəyyən saatlarını çıxmaqla Bakı-Sumqayıt yolunda problem yenə qalacaq:

“Görülən işlər tıxac problemini həll etmir. Sadəcə olaraq, bu işlər tıxacı bir nöqtədən digərinə yönləndirəcək. Yəni, Bakı-Sumqayıt yolunda geriyə dönmələr təmin olunmadı. Sadəcə bir tunel tikilib, iki zolaq artırıldı. Niyə o yolda tıxac olur? Bakı-Sumqayıt yolu ən qısa və alternativ yoldur. Yəni, buna əlavə yol çəkmək mümkün deyil. O yolda yaranan tıxacı ancaq yolu genişləndirmək hesabına aradan qaldırmaq olar. Mən bu yolun genişləndirilməsi ilə bağlı eskizləri hazırlamışıdm. Pandemiyaya görə saxlamalı oldum”.

Ekspertin fikrincə, sözügedən yolda ən başlıca problemlərdən biri də geriyə dönmənin düzgün təyin olunmamasıdır:

“Problemin kökü budur. Bu yola kompleks yanaşmaq lazımdır ki, problemlər birdəfəlik həll olunsun”.

Bənzər yazılar

Back to top button