Cəmiyyət

Milli Məclisdə sürpriz dəyişiklik: Mətbuat katibi kim oldu?

Elnar Məmmədli Ceyhun Əli ilə əvəzlənib

Milli Məclisin yeni mətbuat katibi Ceyhun Əli kollektivə təqdim olunub.

“Report” xəbər verir ki, təqdimatı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev edib.

Qeyd edək ki, mayın 5-də parlamentin mətbuat katibi postuna AZTV-nin əməkdaşı Elnar Məmmədlinin gətirildiyi barədə məlumat yayılmışdı. Lakin son anda E.Məmmədli Ceyhun Əli ilə əvəzlənib.

Ceyhun Əli – Əliyev Ceyhun Yusif oğlu 1984-cü ildə Salyan şəhərində doğulub. 2002-2006-cı illərdə Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alıb. O, bir sıra qurumlarda, o cümlədən “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətində (ATV), İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi proqramlar departamentində çalışıb.

Bənzər yazılar

Back to top button