Dünya

Navalnı özünə gəldi, zəhərlənmədən əvvəlki hadisələri xatırladı

Aleksey Navalnı Alman “Charite” klinikasında tibbi komadan çıxarıldıqdan sonra tamamilə özünə gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, rus müxalifətçinin sağlamlıq vəziyyəti bu vəziyyətdə gözlədiyindən daha yaxşıdır. Navalnının zəhərlənmədən əvvəlki hadisələri xatırladığı da bildirilir.

Həkimlər fiziki cəhətdən Navalnının ən azı yüzdə 90 faiz bərpa oluna biləcəyini, zehni olaraqsa demək olar ki, tamamilə sağaldığını bildirib.

Bundan əvvəl Omsk vilayətinin baş toksikoloqu Aleksandr Sabayev “Noviçok”un insan bədəninə daxil olmasının nəticələrini izah etmişdi. O, maddənin qana düşməsi halında xəstənin zəhərlənmədən sonra ilk bir neçə saat içində öldüyünü vurğulamışdı.

Xatırladaq ki, sentyabrın 2-də Almaniya hökuməti Bundesverin (Alman Silahlı Qüvvələri) hərbi toksikoloqlarının müxalifətçinin bədənində “Noviçok” qrupundan maddə izi tapdığını elan edib və Rusiya hökumətini bu məlumatlara cavab verməyə çağırıb. Moskva da öz növbəsində Rusiya Baş Prokurorluğunun Almaniyanın Ədliyyə Nazirliyinə göndərdiyi sorğuya cavab gözlədiklərini açıqlayıb.

Bənzər yazılar

Back to top button