Dünya

Ərdoğanın qəzəbinə gəlmiş jurnalist məhkəməyə müraciət edəcək

Şəxsi mülkünün dronlarla izlənidiyinə görə polisə və şəxsi məlumatlarının icazəsiz mətbuata sızdırıldığına görə Ətraf Mühit və Şəhərsalma Nazirliyini məhkəməyə verəcək

AzToday.az xəbər verir ki, FOX TV əsas xəbər buraıxlışının aparıcısı Fatih Portakal dünən xəbər saytları tərəfindən təqdim edilən “Fatih Portakal üçün pis xəbər! fermasında əkdiyi qanunsuz bina məhv ediləcək” iddialarına cavab verib:

“2015-ci ildə İzmir Seferihisarda qurulan ferma Vilayət Ətraf Mühit və Şəhərsalma İdarəsi əməkdaşları tərəfindən qanunsuz inşaat aparıldığı barədə şikayətə görə araşdırılıb və qanunsuz tikili tapılmayıb. Ancaq bəzi saytlar, 8,3 hektar əkinçiliyə yararlı ərazidə yoxlama aparıldığı barədə hesabat əldə edənlər ağac sütunları olan üstü plitələrlə örtülmüş 40 kvadrat metrlik qanunsuz tikilinin söküləcəyini iddia ediblər”.

F.Portakal deyib ki, tələb etdiyimə baxmayaraq, mənə verilməyən yoxlama hesabatının bəzi qəzetlərə necə sızdırıldığını ətraf mühit və şəhərsalma naziri Murat Kurumdan soruşan Fatih Portakal, ərazinin pilotsuz uçuş aparatı (dron) ilə izləndiyini və şəxsi mülkünün qanunsuz olaraq çəkiliş aparıldığına görə polisə şikayət etdiyini açıqlayıb.

Fatih Portakalın sosial şəbəkələrdə yazdıqları bunlardan ibarətdir:

-Yandaş media bu gün 40 m2 dayanacaq yerinin söküləcəyini elan etdi. “Hesabatı əldə etdik” deyilirsə, “sızdırılıb” deməkdir. Biz istədik vermədilər! Düşünürəm ki, yoxlama aparanlar da təəccübləniblər.

– Mən təəccüblənmirəm, niyə? Torpağımla bağlı paylaşılan fotolardan biri də Ətraf Mühit və Şəhərsalma Nazirliyinə göndərilən şəxsi məlumatlarımdan biridir. Oradan “Yeni Əsr” qəzetinə sızdırılıb. “Yox” deməyin. Dövlət adlı institutu zədələyirlər. Şəkil uçduğu üçün hesabat uçur! Deyilmi?

– Əgər hesabat düzgündürsə, bu, dağılası bir yer deyil. dağəlmasını istəmirəm, tədqiq etdim, plitələr yığılır, ağaclar çıxarılır və qaraja çevrilir.

–Bu vaxt toyuq və xoruzlar sağ qaldı. Çünki hinlərinin də fotoşəkli Ətraf Mühit və Şəhərsalma Nazirliyinin qrupu tərəfindən çəkilib. Hesabat düzgündürsə, onların rahatlığı pozulmayacaq.

– İndi mənim növbəmdir. Polis orqanlarına evimin üstündə bir pilotsuz uçuş apartının uçması və şəxsi mülklərin qorunması ilə bağlı şikayətimizi verdik. Bu hüquqi bir proses olacaq. Şəxsi məlumatlarım necə və kim tərəfindən sızdırıldığına görə Ətraf Mühit və Şəhərsalma Nazirliyi üçün bir hüquqi proses başalanacaq. Cinayət deyilmi? Murat Kurum, ümid edirəm ki, maraqlanırsınız.

Xatırladaq ki, FOX TV əsas xəbər buraıxlışının aparıcısı Fatih Portakal çıxışını başqa tərzdə şərh etdiyinə görə Prezident R.T.Ərdoğan və Banklara Nəzarət İdarəsi tərəfindən bu yaxınlarda məhkəməyə verilib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button