Cəmiyyət

Bakıda hava küləkli, rayonlarda yağışlı olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, yağıntı olmayacaq. Şimal küləyi gündüz cənub küləyilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə müsbət 13+15, gündüz müsbət 23+25 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.

Ölkə rayonlarında bəzi dağ rayonlarında yağıntı olacaq. Gecə və səhər duman olacaq.

Aran rayonlarında havanın temperaturu gecə müsbət 11+16 , gündüz müsbət 25+30, dağlarda gecə müsbət 1+6, gündüz müsbət 12+17 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button