Hadisə

Sifariş yerinə yetirənlər milyonlar əldə edibsə….

Sifariş verənlərin milyarder olması təbiidir

Azərbaycanda korrupsiyanın dövlət siyasətinə çevrildiyi, rejimin korrupsiya ilə nəfəs aldığı heç kimə sirr deyil. Azərbaycanda korrupsiyanın hnsı səviyədə olması son dövlər daha aydın görünür. Bir müddət əvvəl Rabitə Nazirliyinin aparat rəhbərinin 10 milyonlarla ölçülən varidatı üzə çıxdı, ardınca həbsdə olan MTN generalı Akif Çovdarovun varidatının siyahısı dərc olundu. Məlum oldu ki, Akif Çovdarovun ölkədə biznes imperiyası olub. Bundan əvvəl də belə faktlarla rastlaşmışıq və hər dəfə “vurulan” vəzifəlilərin altından qızıl küpləri çıxıb.

Xatırladaq ki, bu adamlar vəzifə sıralanmasına görə yüzüncü dərəcəli adamlardı. Əgər sifariş qəbul edənlərin, əmr yerin əyetirənlərin bu qədər varıdatı varsa, ən yüksək vəzifə tutanların sərvətini təsəvvür etmək çətin deyil.

Mümkün deyil ki, hansısa general yüzlərlə obyektə sahib olduğu halda, bu generalın başında duran nazir sadə həyat yaşasın. Bəlkə də hansısa general vəzifəsindən sui-istifadə edə bilər, amma uzun illərlə bu proses davam edirsə, deməli özfəaliyyət ola bilməz. Mümkün deyil ki, hansısa icra başçısının saysız-hesabsız obyektləri olsun, amma nazirlər quru maaşa baxsın.

Azərbaycan standartlarında və Azərbycan reallığında vəzifələr qalxdıqca, sərvət də çoxalır. Akif Çovdarov Kürdəmirdən tutmuş, Bakının müxtəlif rayonlarına qədər qucaqlaya bilibsə, Eldar Mahmudovun ölkə xaricində də biznes qurması təbii haldır.

Normal ölkədə bu adamların var-dövlətinin üzə çıxarılması yeni araşdırmalara səbəb olmalıydı. Bu adamların qazandıqlarının böyük hissəinin kimlərə verdiyi, kimərin himayəsi altında cinayət törətdikləri üzə çıxmalıydı və həmin himayədarların da var-dövləti ictimaiyyətə təqdim edilməliydi.

Akfi Çovdarovun və bu qəbildən olan adamların var-dövlətinin üzə çıxarılması hökumətin özünüifşasıdır. Hökumət etiraf edir ki, Nəqliyyat Nazirliyindən tutmuş, MTN-ə qədər bütün strukturlar çirkaba bulaşıb. DİN-də Hacı Məmmədov amili, MTN-də cinayət şəbəkəsi, Rabitə Nazirliyində yüksək mənimsəmə, Beynəlxalq Bankda maxinasiyalar onu göstərir ki, dövlətin bütün strukturları iflic vəziyyətdədir və bu vəziyyət ən yüksək səviyyədə nəzarətdədi.

Hətta hökumətin başında duranların bu eybəcərliklərdən xəbəri yoxdursa, bu, daha böyük rüsvayçılıqdır. Deməli, ölkəni idarə edə bilmirlər, ölkə nəzarətdən çıxıb və hökumət aciz vəziyyətdədir. Yəni, istənilən halda Akif Çovdarovların, Hacı Məmmədovların üzə çıxamsı bu hakimiyyətin istefası, məsuliyyətə cəlb olunması üçün əsas yaradır.

Amma yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanda heç kim gizli olaraq milyarderə çevrilə bilməz. Bu ölkədə ağacın budağı kəsiləndə müxtəlif idarələr həmin ağacın ətrafını kəsdirir. Yaxud, sadə vətəndaş hansı məmurun nələrə sahib olduğunu bilirsə, prokurorluğun, Prezident Aparatının bundan xəbərsiz olması inandırıcı deyil.

Əslində, Akif çovdarovun var-dövlətinin böyük siyahısı, Rabitə Nazirliyinin aparat rəhbərinin böyük sərvətə sahib olması ölkənni niyə bu vəziyyətə düşdüyünü göstərir. Bir qrup adam 9 milyon adamın haqqını oğurlayıb. Yüzüncü dərəcəli adamlara milyonlar düşübsə, 1-ci, 5-ci dərəcəli adamların milyarder olması zərurətdir.

Namiq Həmidov

Bənzər yazılar

Back to top button