ManşetSiyasət

ABŞ Konqresinin komissiyası Qubad İbadoğlunu azad etməyə çağırıb

Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanda həbs olunmuş müxalifətçi Qubad İbadoğlunu azad etməyə çağırıb.

Komissiyanın bəyanatı onun X sosial şəbəkəsindəki səhifəsində dərc edilib və İbadoğlunun həbsinin 100-cü gününə və oktyabrın 30-da qeyd olunan Beynəlxalq Siyasi Məhbusların Müdafiəsi Gününə həsr edilib.

“Qubad İbadoğlunun həbsindən 100 gün keçir. O, ağır vəziyyətdədir, lakin ona lazımi tibbi yardım göstərilmir. Hökumət onu dərhal və şərtsiz azad etməlidir”, – məlumatda deyilir.

Öz növbəsində siyasətçinin qardaşı qalib Bayramov Azərbaycan ombudsmanı Səbinə Əliyevaya müraciət edərək İbadoğlunun Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Baş Tibb İdarəsi tərəfindən pozulan hüquqlarının təmin edilməsii və tədbir görülməsini tələb edib.

Belə ki, İbadoğlunun vəkillərilə telefon danışıqları qadağan edilib, ona ailə üzvləri ilə üz-üzə (şüşə arakəsmə olmadan) görüş verilmir, 2 saat ərzində gündəlik gəzinti hüququ təmin edilmir, öz hesabına alternativ tibbi müayinə imkanı verilmir.

Bundan əlavə, İbadoğlunun xaricdə yaşayan uşaqları ilə videobağlantı vasitəsilə ünsiyyət qurmasına icazə verilmir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimini də onun yanına buraxmırlar. İstintaq Təcridxanasında kitabları qəbul etmirlər, qeydlər aparmaq üçün yazı ləvazimatları vermirlər, ailə üzvlərindən başqa onu maraqlandıran digər şəxslərlə görüş imkanı vermirlər.

Hələlik Ombudsman Aparatından şərh almaq mümkün olmayıb. (Turan)

Bənzər yazılar

Back to top button