Hadisəİqtisadiyyat

“Sədərək” və “Binə” ticarət mərkəzləri fəaliyyətini dayandırıb (SƏBƏB)

“Sədərək” və “Binə” ticarət mərkəzləri bu gün fəaliyyətini dayandırıb.

AzToday.az metbuat.az-a istinadən xəbər verir ki, hazırda həmin ərazilərdə insan sıxlığı müşahidə edilir. Ticarət mərkəzlərinin önünə polislər toplaşıb. Onların sözlərinə görə, işçilər Aşura günü ilə əlaqədar gəlməyiblər.

Məsələnin diqqət çəkən tərəfi isə həmin ərazilərə avtobusların işləməsidir. Əhaliyə bununla bağlı hər hansı xəbərdarlıq olunmayıb. Sözügedən ticarət mərkəzlərinə gələn insanlar oradan da geri qaytarılır. Bu da alış-veriş etmək istəyənlər tərəfindən narazılıqla qarşılanıb.

Bənzər yazılar

Back to top button