İdman

“Yuventus” Ronaldodan razıdır – Yeni müqavilə…

“Yuventus” futbolçusu Kriştiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırlaşır.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi 34 yaşlı hücumçunun çıxışından razıdır. Portuqaliyalı oyunçunun Turin təmsilçisi ilə hazırkı müqaviləsi 2020-ci ilin yayında başa çatır. Həmin vaxt Ronaldonun 37 yaşlı tamam olacaq. Xəbərdə o da qeyd olunub ki, bu yaş həddi rəhbərliyi narahat etmir.

Qeyd edək ki, Ronaldo 40 yaşına kimi oynamaq istədiyini açıqlayıb.

Bənzər yazılar

Back to top button