Cəmiyyət

Lənkəran “DOST”-un maaş kartları məsələsinə aydınlıq gətirib

Lənkəran rayon İcra Hakimiyyəti “DOST”-un maaş kartlarının vəzifəlilərin qohumlarına paylanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

AzToday.az-a daxil olan məlumatda bildirilir ki, sosial şəbəkələrdə yayımlanan “DOST İş Mərkəzi” MMC-də “sosial işçi” kimi işə götürülmüş Lənkəran Şəhər İcra başçısının birinci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı oğlu kimi qeyd olunan rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayev və keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu kimi göstərilən Rəcəbov Şamil Cəsail oğlu barələrində bildiririk ki, yayılan məlumatlar tamamilə əsassızdır:

“Möhübbət Babayevin Xanbaba adında qardaşı yoxdur və ümumiyyətlə Elvin Xanbaba oğlu Babayevlə heç bir qohumluq əlaqəsində deyil. Liman şəhər sakini Rəcəbov Şamil Cəsail oğlu isə Hadi Rəcəblinin yaxın qohumu deyil. Hər iki vətəndaşın 2020-ci ilin yanvar ayında verdikləri ərizələrə əsasən “DOST İş Mərkəzi” MMC ilə bağlanmış muddətli əmək müqavilələrinə xitam verilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyəti sifarişçi qismində aztəminatlı ailələrdən olan, işləməyə zəruri ehtiyacı olan hər bir şəxsin işə cəlb olunması üçün müvafiq tədbirlər görür. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması şəhər İcra hakimiyyətinin işgüzar nüfüzüna xələl gətirmək məqsədi daşıyır”.

Bənzər yazılar

Back to top button