“Əlimizdə 9-10 futbolçu qalacaq” – Qurban Qurbanov

Print Friendly, PDF & Email

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” matçı 0:0 hesabı ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini səslındirib:

“Ağır oyun oldu. Bəzən oyun alınmayanda, futbolçular üçün çətin olur. Rəqib yaxşı müdafiə olundu. Topa istədiyimiz kimi sahib ola bilmədik. Fikrimcə, futbolçuları qınamağımız doğru olmaz. Çünki heyətdə bir sıra dəyişiklər etmişdik”.

– Yakub Jeçniçakın durumu nə yerdədir?

– Onun durumuna sabah aydınlıq gələcək. Əzələsində dartınma hiss olundu.

– Milli komandalara görə yaranan fasilə komandanıza necə təsir edəcək?

– Dəfələrlə olan bir şeydi. Əlimizdə 9-10 futbolçu qalacaq. Qalanları isə milli komandalara yollanacaqlar. Bunun faydası da ola bilər, ziyanı da.

– Keçən mövsümdən fərqli olaraq ilk dövrəni məğlubiyyətsiz başa vurdunuz. “Qarabağ” güclənib, yoxsa rəqiblər zəifləyib?

– Bu il yetərincə futbolçumuz var. Keçən il ilk dövrədə iki məğlubiyyətimiz var idi. Bəlkə də qarşılaşmalara tam hazırlaşa bilmirdik.