Xərçəng şişini qocaltmağın yolu tapılıb

by AzToday.az

Con Hopkins Universitetinin alimləri xərçəng şişi ilə mübarizə aparmağın yolunu tapıblar. Onlar bədxassəli hüceyrələrin yaşlanmasının qarşısını alan telomeraza fermentinin aktivliyini azaltmaqla buna nail olublar.

“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə universitetin araşdırmasında bildirilir.

Telomerlər xromosomların genləri zədələnmədən qoruyan uc sahədir.

Eksperimentin birinci mərhələsində tədqiqatçılar telomerazanın tənzimlənməsində iştirak edən genlərin axtarışını həyata keçiriblər. İkinci mərhələdə isə müəyyən edilmiş genlər siçanların fibroblastlarına yerləşdirilib. Bu halda hansı DNT-nin telomerin uzanmasına səbəb olduğunu müəyyən edərək müvafiq inhibitorlardan (prosesin hərəkətini dayandıran məhlul – red.) istifadə ediblər.

Bioloqların sözlərinə görə, hazırda bu birləşmələr sümük iliyi xərçənginin, o cümlədən limfoma və çoxsaylı mielomun müalicəsində sınaqdan keçirilir.

Bənzər Yazılar