Siyasət

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında Azərbaycan Qəzzada müharibənin dayandırılmasına səs verib

Oktyabrın 27-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası İsrail və HƏMAS arasında təcili humanitar atəşkəsə çağıran və Qəzza zolağına humanitar yardımın buraxılmasını və mülki əhalinin qorunmasını tələb edən qətnamə qəbul edib, BBC bildirib.

Qətnaməi bir qrup ərəb ölkəsi təqdim edib və 120 səs “lehinə” və 14 səs “əleyhinə” olmaqla qəbul edilib. 45 dövlət bitərəf qalıb, lakin səs verənlərin ümumi sayının üçdə ikisi qətnaməyə səs verdiyinə görə sənəd qəbul edilmiş sayılır. Azərbaycan və Türkiyə qətnaməni dəstəkləyiblər, Ermənistan və Gürcüstan bitərəf qalıblar.

Baş Assambleyanın qətnamələri məcburi deyil. Reuters qeyd edir ki, Kanada qətnaməyə “HƏMAS-ın terror hücumunu və girovların götürülməsini” pisləyən bənd daxil etməyə çalışıb, lakin düzəliş keçməyib – 88 ölkə “lehinə”, 55 “əleyhinə” səs verib.

Qətnamə bütün məhbusların “dərhal və qeyd-şərtsiz azad edilməsini” və onlara qarşı insani davranış tələb edir.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button