İdman

“Real” hər zaman daha güclü geri qayıdır”- Santyaqo Solari

“Bu, çox ağır həftədir.Bizi çətin zamanlarda dəstəkləyən azarkeşlərdən üzr istəyirik.Əlimizdən gələn hər şeyi etdik. Bizdən üz döndərməsinlər. Bəli, bu, ağır mövsümdür. Ancaq belə çətin anlarda xarakter göstərməliyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Santyaqo Solari Çempionlar Liqasının 1/8 finalında “Ayaks”a 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları cavab oyunundan sonra deyib.

O, futbolçusu Dani Karvahalın “Real” üçün bu mövsüm hər şeyin bitdiyi ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib.”Burada üç dəfə Çempionlar Liqasının kubokunu qazanan futbolçular oldu. İndi isə mübarizəni dayandırdıq. Bu, kədərli andır. Bu,bir daha Çempionlar Liqasının udmağın çətin olduğunu göstərir. Ancaq hələ La Liqa var”.

Argentinalı mütəxəssəsis komandanın kapitanı Serxio Ramosun cəzalı duruma düşdüyü üçün oynamamağını da şərh edib: “Onun yeri görünürdü. Heç bir oyunçunu günahlandırmaq istəmirəm, amma o bizim kapitanımzdır”.

Daha sonra Solari söyləyib: “Mən start heyətlə bağlı başqa qərar verə bilərdimmi? Bu suala cavab vermək mümkün deyil. Məşqçi oyuna qədər qərarları qəbul edir. Bu ilin çətin olduğunu başa düşürəm. Böyük komandalarda gənc oyunçular çoxdur. Onlar güclü oyunçulardır”.

“Real”ın çalışdırıcısı çətin durumlarında xarakter göstərməli olduqlarını deyib: “Çünki “Real” hamımızdan böyükdür.O,hər zaman daha güclü geri qayıdır”.

Solari istefa verib-verməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: “Buraya hər şeydən imtina etmək üçün gəlməmişəm”.

Bənzər yazılar

Back to top button