Cəmiyyət

Bir ildə maska taxmağı öyrənə bilmədiksə… – Professor

“İctimai nəqliyyat məsələsi həll olunmayınca yoluxma sayı artmaqda davam edəcək. Yoluxmanın bir mənbəyi də ordadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycanda elan edilən sərt karatin rejimi ilə bağlı qərardan danışarkən deyib. Professorun çıxış yolunun sərt karatin rejimi olduğunu qeyd edib:

“Hesab edirəm ki, çıxış yolu olmayıb. Xəstəxanalar ağzına kimi doludur, yer yoxdur, hamı da narazılıq edir. Daha düşünürlər ki, deyilənlərə əməl etmədik, ona görə də belə vəziyyət yarandı. Vaksin ortaya çıxana kimi hansısa tədbir görülməlidir. Görünür, dövlət qurumları bunu nəzərdə tutublar”.

Adil Qeybullanın fikrincə, karantin davranışlarını heç kəs gözləməyib:

“Müharibə vaxtı və ondan sonra zəfər yürüşlərində insanlar karantini arxa plana atdılar, tövsiyələrə barmaqarası baxdılar. Bütün bunlar öz nəticəsini göstərdi. Bu gün qapalı mühitə girəndə baxırsan ki, insanların burunda maska, sosial məsafə də yox. Bundan əlavə hamının əli maskada, əli ilə aşağı-yuxarı dartır. Bir ildə biz maska taxmağı öyrənə bilmədiksə, bu acı nəticəni əlbəttə ki, yaşamalıyıq. Bu infeksiya nəfəs yolları ilə çox asanlıqla yayılır, insandan-insana keçir. İnsan bunu dərk etmirsə, təbii ki, sərt karantin günlərini də yaşamalıyıq”.

Bənzər yazılar

Back to top button