Dünya

Sarkisyanın kürəkəni Paşinyanın qaynını qaçaqmalçılıqda suçladı

Hraçya Hakopyanın siqaret qaçaqmalçılığı ittihamına cavab verməyib

Hazırda axtarışda olan eks-prezident Serj Sarkisyanın kürəkəni Nikol Paşinyanı siqaret qaçaqmalşılığına şərait yaratmaqda günahlandırıb.

AzToday.az “panaroma.am”-a istinadən xəbər verir ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan karantin günlərində qaçaqmal siqaretlərin olduğu təyyarə Əfqanıstan adı ilə Rusiya Federasiyasına ixrac edilməsi hadisəsi barədə iddia ortaya atıb.

Bu iddialara cavab olaraq Nikol Paşinyan belə bir halın baş verdiyini, lakin bu siqaretlərin ixracınını qarşısının Ermənistanın gömrük orqanları tərəfindən alındığını bildirib. Sui-istifadə və ya kiməsə güzəştli şərait yaradılmadığını deyən baş nazirin sözlərinə görə, bu məsələdə üçüncü bir ölkəyə ixrac etməyə cəhd edən ixracatçılar günahkardırlar ki, mallarını başqa bir ölkədə satmaq qərarına gəliblər, burada bunu edə bilməyiblər:

“Bu ölkənin hüquq-mühafizə orqanları bütün günahkarları müəyyənləşdirməli və cəzalandırmalıdırlar”.

Eyni zamanda, o, Mikael Minasyanın bu qaçaqmalçılıq sxeminə Paşinyan ailəsinin üzvləri, o cümlədən həyat yoldaşı Anna Hakopyanın qardaşı, “Mənim addım”ım fraksiyasının deputatı Hraçya Hakopyanın rəhbərlik etdiyi iddiası bağlı başqa bir açıqlamasına münasibət bildirməyib:

“Mən bilirəm ki, Hrachya Hakopyan bununla bağlı məhkəməyə müraciət edib və bu suala cavab verməyimə ehtiyac qalmayacaq. Nəyin yaxşı və nəyin pis olduğunu ictimaiyyətlə görmək imkanımız olacaq”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button