Dünya

Ermənistan koronavirusa yoluxanların artım tempinə görə dünya rekordu vurdu

Keçmiş baş naziri Hrant Baqratyan elan etdi

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistan koronavirusa yoluxanların artım tempinə görə dünya rekordu vurub. Bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan öz “Facebook” səhifəsində yazıb:

“Bu gün Ermənistanda koronavirusa yoluxanların sayı 4283-ə çatıb. Gün ərzində 239 nəfər yoluxub. 5,9% artım dünya rekordu və ya ən pis nəticələrdən biridir. Müqayisə üçün, eyni gündə dünyada yeni xəstələrin artımı orta hesabla 2,2% olub, o cümlədən ABŞ-da – 1,8%, Rusiyada – 3,8, Türkiyə və İranda 1%-dən az, Gürcüstanda 0,3%, Azərbaycanda 1, 5% ”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button