Siyasət

Nurlan Əhmədov: “Ölkədə ciddi seçki inamsızlığı var”

“Dəyər” Demokratiyanın İnkişafına Dəstək İnstitutunin sədr müavini Nurlan Əhmədovla ölkədəki ictimai-siyasi vəziyyəti dəyərləndirdik.

– Azərbaycanda seçki sonrası vəziyyəti necə qiymətləndirirsiniz?
– Düşünürəm ki, seçki bitsə də, seçki öncəsi məsələlər hələ də problem olaraq qalmaqdadır. Artıq hökuməti tənqid edən fərdlərə və qruplara qarşı seçki sonrası təzyiqlərin işarələrini görürük. Ölkədə insan haqlarının vəziyyəti narahatlıq doğurur. Rəsmilər xüsusilə toplaşma və ifadə kimi fundamental azadlıqlara qarşı presedentsiz təzyiqlərdə iştirak edir. Müstəqil seçki müşahidəçilərinə, tənqidi qəzetlərə qarşı başlayan proseslər seçki sonrası basqıların tez bir zamanda qızışacağına işarədir.

– Cəmiyyətdə, xüsusilə də gənclər arasında siyasi aktivliyin artdığını hiss edirsiniz?
– Hesab edirəm ki, gənclər arasında aktivlik nisbətən çoxalıb. Gənclərin təşkilatlarda birlşməsinə işi sürətlənib. Müstəqil gənclər təşkilatları yaranmaqdadır. Amma xalqın iradəsinə hörmət olunmayanda bu, insanları ruhdan salır. Buna baxmayaraq bəzi insanlar artıq gələn il keçiriləcək bələdiyyə seçkiləri barədə düşünür və bu da gənclərin yenidən seçki prosesinə qoşulmasına imkan yaradır.
– Azərbaycanda hakimiyyətin dinc yolla dəyişilməsi mümkündürmü?
– Seçkilərdən öncə müxalifət fəaliyyətlərinin Azərbaycan qanunları, Azərbaycan Konstitusiyası çərçivəsində olacağını bildirmişdi. Başqa yolla dəyişikliyin marağında olan yoxdur. Ancaq islahatların indi həyata keçirilməsi çox vacibdir. İlbəil vəziyyət pisləşir, prezident gündən-günə gücünü artırır, ölkə demokratik öhdəliklərinə əməl etmir – bunlar ölkədə vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər. Ölkədə müsbət dəyişiklik qaçılmazdır. Ölkədə ciddi seçki inamsızlığı var. Demokratik seçki bu gün real olmasa da, geləcəkdə biz buna nail olacayıq.

-Yaxın illər üçün ölkədə hansı siyasi dəyişiliklər gözlənilə bilər?

– Bu proseslərin gedişindən birbaşa asılıdır. Cəmiyyətdə müqamət güclənsə, təbii ki, siyasi tmüxalifət və ictimai təşkilatların sayəsində insanlar maarriflənsə hakimiyyət geri cəkilib, islahatlar aparmağa məcbur olacaq. Bu baş verməyəcəyi təqdirdə ölkədə anti-demokratik addımlar yüksələn xətlə inkişaf edəcək. Və hakimiyyət represiyalar sayəsində müxalif fikirli inanları sıradan çıxaracaq.

Bənzər yazılar

Back to top button