Dünya

Fransada koronavirusdan ölənlərin sayı 29374 nəfərə çatıb

Fransada son sutka ərzində koronavirusdan 28 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə cümə günü ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkə üzrə yeni növ virusdan ölənlərin sayı 29374-ə çatıb: “Epidemiyanın başlamasından bəri Fransada 29374 nəfər ölüb, onlardan 18 990 nəfəri xəstəxanalarda dünyasını dəyişib. Sosial-tibbi müəssisələrdə qeydə alınan ölüm hadisələri barədə məlumatlar iyunun 16-da yenilənəcək”.

Qeyd edək ki, Fransada virusdan ölənlərin sayı bir gün əvvəl 29 346 nəfər idi.

Bənzər yazılar

Back to top button