Hadisə

Bakıdakı dəhşərli yanğından 5 il keçir

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğından 5 il keçir.

Hadisə 2015-ci ilin 19 mayında Bakı vaxtı ilə saat 10.30 da baş verib.

Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının çöl hissəsi hadisədən bir müddət əvvəl penoplast üzlüklərlə üzlənib. Yanğının başlamasına ilkin versiya kimi də binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib.

Hadisə nəticsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi açılıb.

Ümumiyyətlə, 2015-ci ilin 20 mayına olan məlumatda Bakıda penoplast ilə üzlənmiş 283 yaşayış binasının olduğu bildirilir. Binaların çölünə belə üzlüklərin vurulmasının məqsədi SSRİ dönəmində inşa edilmiş tikililərə yeni görkəm qazandırılmasıdır.

Bənzər yazılar

Back to top button