“Qarabağ” – “Atletiko” matçı üçün bilet satışı intensivləşib

Print Friendly, PDF & Email

“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya “Atletiko”su ilə keçirəcəyi oyun üçün bilet satışı intensivləşib.

AzToday.Az-ən “Ölkə.Az”-a istinadən məlumatına görə, onlayn bilet əldə etmək istəyən azarkeşlər iTicket.az saytından vauçerləri almalı və daha sonra satış məntəqələrində biletlərlə dəyişməlidirlər.

Tərəfdarlar həmçinin aşağıda qeyd olunan satış məntəqələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə birbaşa bilet əldə edə bilərlər.
Satış məntəqələri:
“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK-ın fan-şopu)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

Qeyd edək ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” matçı saat 20:00-da başlayacaq.