Hadisə

Gənc icra başçısından bir gündə iki təyinat

Neftçala Rayon İcra Hakimiyyəti başçısının əmri ilə Neftçala şəhər və Kürkənd kəndi ərazilərinə icra nümayəndələri təyin olunub

AzToday.az Faktor.az-a istinadən xəbər verir ki, daha öncə Neftçala RİH başçısının Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi fəaliyyət göstərən Əzizov Elşad Əşrəf oğlu Neftçala RİH başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifısinə təyin olunub.

Neftçala RİH başçısının Kürkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə isə daha öncə Neftçala RİH başçısının Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini olan Bayramov Asif Tahir oğlu təyin olunub.

Bənzər yazılar

Back to top button