Xəbərlər

ATƏT seçkiyə yekun qiymətini açıqladı

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTHİB) Azərbaycanda keçirilmiş prezident seçkilərilə bağlı yekun hesabatını açıqlayıb. Hesabatdan müəyyən hissələri diqqətə çatdırırıq:

Seçkini qiymətləndirmək üçün Beynəlxalq Müşahidə Missiyası avqustun 28-dən oktyabrın 30-a qədər Azərbaycanda səfərdə olub.
Oktyabrın 10-da verilən ilkin bəyanatda DTİHB belə nəticəyə gəlib ki, seçki ifadə, birləşmə, toplaşma azadlığının pozulması şəraitində keçirilib, namizədlərə bərabər imkanlar yaradılmayıb, namizədlərin və seçicilərin qorxudulması halları qeydə alınıb. Seçki prosesinin bütün mərhələlərində, o cümlədən səsvermə günü demokratik seçkiləri mümkünsüz edən çox ciddi problemlər, çatışmazlıqlar qeydə alınıb.
ATƏT DTİHB-in seçki qanunverciliyi, xüsusən də seçki komissiyalarının tərkibi və namizədlərin qeydiyyatı ilə bağlı tövsiyələrinə əhəmiyyət verilməyib.

Seçicilərin sayı ilə bağlı MSK-nın siyahısı və Dövlət Statistika Komitəsinin məlumatı arasında 1.8 milyon nəfər fərq olub.
Təbliğat və təşviqat kampaniyasının müddəti 22 günə endirilib, bu isə namizədlərin təbliğat aparmaq imkanlarını məhdudlaşdırır.
Namizədlərin və seçicilərin qorxudulması haqda bütün kampaniya dövründə səhih məlumatlar gəlib ki, bu da ədalətli seçki kampaniyası aparılmasına, seçicilərin istədikləri namizədə səs verməsinə maneə olmaq baxımından ciddi narahatlıq yaradır.
Namizədlərin KİV-ə çıxışı kifayət qədər təmin olunmayıb, həmçinin balanslı və açıq debatlar çatışmayıb.

Seçki müşahidəsini həyata keçirən yerli yəşkilat – Seçkilərin Monitorinqi və demokratiyanın Tədrisi Mərkəzi müşahidə prosesinə təşkilat olaraq buraxılamyıb. Onun müşahidəçiləri fərdi qaydada qeydiyyatdan keçməyə məcbur olublar. Seçkilərdən sonra isə Baş Prokurorluq təşkilatın ofisində axtarış aparıb, ona qarşı cinayət işi başlanıb, rəhbəri Anar Məmmədlinin ölkədən çıxışına qadağa qoyulub, dekabrın 16-da isə o, həbs olunub.

загруженное (1)Səsvermə günü müşahidə aparılan məntəqələrin 21-də məntəqələrin açılması mənfi qiymətləndirilib. DTİHB-in müşahidəçiləri seçki məntəqələrinin 12 faizində səsvermə prosesini pis qiymətləndiriblər. 39 məntəqədə bülletenlərin qutulara topa-topa atılması, həmçinin saxtakarlıq əlaməti olan başqa çatışmazlıqlar qeydə alınıb. Səslərin sayılması müşahidə aparılan məntəqələrin 58 faizində pis və ya çox pis qiymətləndirilib. Seçici siyahıları ilə manipulyasiya, protokollarda bir namizədə verilmiş səsləri başqa namizədin adına yazmaq kimi hallar müşahidə olunub. 15 məntəqədə nəticələr bəlli olmadan protokollar Məntəqə Seçki Komissiyalarının üzvləri tərəfindən imzalanıb. Bir çox hallarda protokolların surətləri ATƏT DTİHB müçahidəçilərinə verilməyib. Əksər hallarda nəticələrə dair protokollar qanunda tələb olunsa da məntəqədə açıq şəkildə nümayiş etdirilməyib.

DTİHB müşahidəçiləri bir çox hallarda DSK-lardan məlumat almaqda çətinliklərlə qarşılaşıblar.

DTİHB müşahidəçiləri 125 dairədən 96-da səslərin sayılmasının müşahidəsini aparıb. 23 dairədə bu proses mənfi qiymətləndirilib.

Müxalifətin əsas namizədi 95 dairəni əhatə edən 1085 məntəqədə pozuntularla bağlı şikayətlər versə də, onlara baxılmayıb. MSK bunu şikayətlərə dair sənədlərin orijinalının təqdim olunmaması ilə izah edib.
Azərbaycanda prezidentin çox geniş səlahiyyətləri var. Nazirlər Kabineti üzvlərini, mərkəzi və regional səviyyədə bütün icra orqanlarının rəhbərlərini prezident təyin edir. Hətta baş prokuroru və hakimləri də parlamentə təqdimatla prezident təyin edir.

Seçki günü bütün mərhələlərdə çox ciddi problemlər müşahidə edilib. Bu problemlərin ciddiliyi Azərbaycanın ATƏT qarşısında öhdəliklərini yerinə yetirməsi, demokratik seçkilər keçirməsi üçün çox iş görməli olduğunu sübut edir: «Seçki komissiyalarının yenidən formalaşdırılması, namizədlərin qeydiyyatı qaydalarının təkmilləşdirilməsi kimi DTİHB-nun bu yaxınlarda verdiyi tövsiyələrin bir çoxuna əməl edilməyib.
Seçkinin ümumi prosedurları təsdiqlənmiş qrafik üzrə icra edildi. Amma bu qrafik bir çox hallarda yetərli hazırlıqların görülməsinə imkan vermirdi. Bunlar seçki islahatlarının davam etdirilməsinin zəruriliyini bir daha ortaya qoyur.

Ümumilikdə, Mərkəzi Seçki Komissiyası seçkinin texniki hazırlıqlarını effektiv şəkildə həyata keçirib. MSK öz qərarlarını vaxtlı-vaxtında dərc edib, müşahidəçilər, media üçün açıq sessiyalar təşkil edib.
Buna baxmayaraq, seçki komissiyalarının indiki tərkibi faktiki olaraq orada yalnız hakimiyyətin maraqlarına uyğun qərarların qəbuluna imkan verir. Buna görə də müxalifət təmsilçiləri seçki administrasiyasının qərəzsiz işlədiyinə inanmırlar.

2010-cu ildə keçirilən parlament seçkilərində hakim Yeni Azərbaycan partiyası 125 deputat yerindən 69-nu əldə edib. Əsas müxalifət partiyaları olan AXCP və Müsavatdan isə bir nəfər də təmsilçi olmayıb. Say baxımından ikinci çoxluq 42 deputatla bitərəflərdədir ki, onlar da bir qayda olaraq hakim partiyanın mövqeyindən çıxış edirlər.

Seçki qanunvericiliyinə xeyli dəyişikliklər olub, amma bunların heç birində ATƏT DTİHB-in təvsiyələri nəzərə alınmayıb.

2009-cu ildə Konstitusiyaya dəyişikliklə eyni şəxsin ardıcıl iki dəfədən artıq prezident seçilməsin qoyuluna məhdudiyyət ləğv olunub. Avropa Şurasının Venesiya Komissiyası bunu demokratiya baxımından geriləmə kimi qiymətləndirib.

2012-2013-cü illərdə bir sıra qanunlara dəyişiklik edilərək razılaşdırılmamış nümayişlərdə iştiraka görə sanksiyalar ağırlaşdırılıb. Həmçinin QHT-lərin qeydiyyatı və maliyyələşməsilə bağlı yeni tələblər müəyyənləşdirilib, bu prosedurlara əməl etməyənlərə qarşı cərimələrin məbləği artırılıb. Bütün bu dəyişikliklər birləşmə və ifadə azadlığını, həmçinin vətəndaş cəmiyyətinin funksionallığını məhdudlaşdırmaqla yanaşı, ATƏT qarşısında götürülmüş öhdəliklərə də ziddir.

Aynur Məmmədova

Bənzər yazılar

Back to top button