Qəbirdən niyə səs gəlir? – Qorxunc gerçək

Print Friendly, PDF & Email

Xəbərlər / Dünya xəbərləri – Qəbirdən niyə səs gəlir? – Qorxunc gerçək

Qəbirdən niyə səs gəlir? – Qorxunc gerçək

Çoxunuza maraqlıdır ki, insan öləndən sonra bədəni nə kimi mərhələlərdən keçir, qəbirdə nələr baş verir?
Bu yazıda bir qədər qorxunc olsa da həmin sualların cavablarını qismən tapa biləcəksiniz.

Öləndən təxminən 30 dəqiqə içərisində orqanizmdə refleks deyilən şey qalmır. Gövşəyən əzələlər görə ağız və göz qapaqları açıq qalır. İfrazat sistemi tamamilə zəifləyir, sidik və sperma axını yaranır.

Öldükten sonra bedenimize ne oluyor? 1.resim

Ölüm baş verən andan etibarən orta hesabla 10 saat içərisində bədən boş olur. Əgər cəsədin sahibi həyəcanlı olduğu və ya mübarizə verildiyi zaman ölüm baş veribsə, bədən eyni anda bərkiməyə başlayır. Müharibədə ölən insanların vurulduqları şəkildə bərkimələri da bu səbəbdən olur.

Ölüm anından sonra cəsəd hər saat orta hesabla 1 dərəcə soyuyur. Kök adamların cəsədlərinin daxili orqanları daha gec soyuyur. Uşaqların və arıqların bədəni hesablamadan daha tez soyuyur.

Ölümün baş verməsindən 24 saat sonra bədən çürüməyə başlayır. Tənəffüsün dayanması bakteriyalar üçün işarə olur və işləməyə başlayırlar.

İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bağırsaqlardır. Cəsəd kök isə daha tez çürüyür, körpələr və duzlu suda boğulanlar isə daha gec çürüyür. Ən gec çürüyən hissələr ürək, sidik kisəsi, böyrək və bətndir. Bətnin çürüməsi aylarla davam edir.
İlk çürüyən yer olan mədə və bağırsaqlarda bakteriyalar gərgin işlədikləri üçün sürətlə qaz yaranır. Bu qaz qarın bölgəsinin qabarmasına səbəb olur. Dərinin üstünü yanıq kimi su toplayarkən, orqanizmdə toplanan sulfid üzündən cəsədin rəngi qaralmağa başlayır.

Dərinin çəkilməsi və çürümə baş verdiyindən dırnaqlar qabağa çıxır və uzandığı güman edilir. Bədənin ölməsi ilə birlikdə bütün hərəkətlər bitdiyi üçün dırnaq və saç uzanması mümkün ola bilməz.

Qəbirdən gələn səslər isə çürümə prosesinin nəticəsidir. Gündən-günə şişən qarın partlayır və döş çökür. Bu hadisə qəbirin üstündən eşidilə biləcək qədər səsli olur.

Əzələlərin sümüklərdən ayrılıb tökülməyə başladığı vaxt qırxıncı günə rast gəldiyi üçün xalq arasında əziyyətin azalması inancı ilə ehsan verilir.
Bədən çürüyərkən proses nizamlı şəkildə gedir. Bakteriyalar daxildən yox edərkən, kənardan da ət milçəyi gözə, buruna sürfə qoyur. Bu milçəklər yeyəcəkləri qurtarana qədər burada qalır və ölürlər.
Daha sonra ölən bu milçəkləri yemək üçün başqa həşəratlar gəlir. Geriyə sümüklər qalana qədər bu davam edir.