Bizim seçimGündəmManşetSiyasət

Daha bir dövlət qurumu ləğv edilir

Bu yaxınlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ləğv ediləcək. Xidmətin funksiyaları Müdafiə Nazirliyinə veriləcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Yada salaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2011-ci ildə yaradılıb. Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların  bazası əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti formalaşmışdı.
Görünür, bu xidmətin müstəqil təsisat kimi fəaliyyəti özünü doğrultmayıb və yenidən Müdafiə Nazirliyinin idarəçiliyinə qaytarılması qərara alınıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovdur. Xidmət Müdafiə Nazirliyinin tabeçiliyinə keçdikdən sonra quruma kimin rəhbərlik edəcəyi bəlli deyil.
Mənbənin məlumatına görə, bu məsələ 1 il öncə müzakirəyə çıxarılıb: Ancaq aprel döyüşləri və ondan sonra yaranmış hərbi vəziyyət bu müzakirləri dondurmuşdu: İndi məsələ yenidən aktuallaşıb və güman ki, yaxın vaxtlarda həllini tapacaq.
Arzu Rəhimov
A.Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1986-cı ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbini bitirmişdir.
1986-1989-cu illərdə Keçmiş SSRİ Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmişdir.
1992-2004-cü illərdə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında baş zabit vəzifəsindən hərbi hissə komandiri vəzifəsinədək yüksəlmişdir.
2004-cü ildən 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini vəzifəsində çalışmışdır.
2006-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini–Sərhəd Qoşunları Baş Qərargahı rəisi vəzifəsinə təyin edilmişdir. 2004-cü ildə «general-mayor» ali hərbi rütbəsinə layiq görülmüşdür.
2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmışdır.
Azərbaycan prezidentin 13 fevral 2012-ci il tarixli Sərəncamı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilmişdir.

Bənzər yazılar

Back to top button