İqtisadiyyat

AzTV-yə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılacaq.

Qeyd edək ki, AzTV dövlət büdcəsindən maliyyələşdirilir.

Bənzər yazılar

Back to top button